Menu

"Qalatasaray" Avropa Liqasında "Tottenhem"ə qalib gəlib

07.11.2024, 23:54
"Qalatasaray" Avropa Liqasında "Tottenhem"ə qalib gəlib

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi IV tura təsadüf edən ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.

"Sarı-qırmızılar"ın heyətində Yunus Akgün (6) və Viktor Osimhen (31,39) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında ikinci qələbəsini qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol