Menu

Azərbaycanda 6 günlük bayram tətili başlayıb

08.11.2024, 00:30
Azərbaycanda 6 günlük bayram tətili başlayıb

Azərbaycanda 6 günlük bayram tətili başlayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günüdür.

Şərhlər

Kasıb 2024-11-08 09:50:04

Pullu talançı milyonerlər milyarderlıər üçün həmişə bayramdır. Pulsuz şəhid verənlər müharibədə canını qoyan qazilər kasib təbəqə üçün heç bir bayram yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol