Menu

"Bayden Ukrayna üçün 2 şey edə bilər" - Ukraynalı politoloq

08.11.2024, 10:27
"Bayden Ukrayna üçün 2 şey edə bilər" - Ukraynalı politoloq

Donald Trampın seçkilərdəki qələbəsindən sonra ABŞ-nin hazırkı Prezidenti Co Bayden hələ də Ukrayna üçün iki vacib işi görə bilər.

"AzPolitika" xəbər verir ki, bunu ukraynalı politoloq Maksim Nesvitaylov deyib.

“İndi Co Baydenin nəhayət ki, bir sıra qətiyyətli addımlar atmağa fürsəti var. O, Ukraynaya 6 milyard dollardan çox pul ayıra bilər. Bu, heç kimin ona mane ola bilməyəcəyi bir şeydir. Digər bir məsələ isə odur ki, Bayden Rusiya ərazilərinə hücum üçün uzaq mənzilli silahlardan istifadəyə icazə verə bilər. Bu, onun səlahiyyətində olan bir şeydir”, - Nesvitaylov deyib.

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2024-11-08 12:16:09

Bu Ukraynalı siyasətçilər Qərbi və xüsusən də Baydeni nə təsəvvür edirlər. Onların bədbəxtçiliyi ondadır ki, hələ də Qərbi özlərinin xilaskarı zənn edirlər. Day anlamırlar ki, Qərb çıxarları üçün Ukraynadadır. Əgər hədəf tıxanıbsa dəstək də tıxanacaq və təxanıb da. Yəni bütün bunları anlamaq o kadarmı zaor.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol