Menu

İsrail Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

09.11.2024, 14:51
İsrail Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

İsrail Azərbaycanı 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Təbrik İsrail səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“İsrail xalqı dost Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, Azərbaycan xalqına firavan və əmin-amanlıq arzu edir!”, - paylaşımda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol