Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, paylaşımda deyilr:
“Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.
Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik”.
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür.
Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.
— MFA Azerbaijan (@AzerbaijanMFA) November 10, 2024
Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və pic.twitter.com/Ktqg82aAfz


Şərhlər
Bu gün Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günüdür. Düz 86 gün öncə, bu gün Mustafa Kamal Atatürk dünyaya əbədi olaraq veda etmişdir. Hər dəfə Türkiye telekanallarında onunla bağlı tədbirlərə baxanda həm kövrəlir insan, həm də qürur hissi keçirirsən. 57 il ömür sürəsən, amma əbədiyyətə qədər, milyonlardan heç kimsənin səni sevməyə məcbur edilməyən belə bir sevgi qazanasan. Özü də pak və təmiz. Ona görə də devlətinin qurycusuna, bayrağına, toprağına olan bu kadar sevgi, türk millətini həp ücaltdı, duşmanlarını isə həp yendi. Bu baxımdan biz türk cümhuriyyətləri xalqlarının qardaş ölkədən öyrənəcəyimiz hələ çox şeylər var. Öncə səmimiyyət və deyilənlərə sevgidə dürüstlük. Bizlər də Mustafa Kamal Atatürkü sayqı və hörmətlə anır və Allahdan Ona rəhmet dileyirik.