Menu

Rus ordusuna məxsus döyüş helikopteri vurulub - VİDEO

11.11.2024, 11:08
Rus ordusuna məxsus döyüş helikopteri vurulub - VİDEO

Ukrayna Silahlı Qüvvələri noyabrın 9-dan 10-na keçən gecə Rusiyanın Moskva vilayətindəki "Klin-5" aerodromuna hücum edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat və video yayımlayıb.

Məlumata görə, hücum zamanı aerodromdakı bir ədəd "Mi-24" döyüş helikopteri məhv edilib.

Qeyd olunub ki, müharibə başlayandan bəri rus ordusunun 369 təyyarəsi və 329 helikopteri məhv edilib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol