Prezident Vladimir Putin ən böyük yanacaq müəssisələri olan “Surgutneftegaz” və “Novatek”-ə korporativ məlumatları açıqlamamağa icazə verən fərman imzalayıb.
Keçən ilin noyabrında Rusiyada ABŞ-nin “dost olmayan hərəkətlərinə” cavab olaraq, öz məlumatlarını açıqlamamaq hüququ olan şirkətlərin siyahısı yaradılıb. Ora 46 şirkət daxil idi. İndi bu siyahıda 118 şirkətin adı var.
Sənəd prezidentin 27 noyabr 2023-cü il tarixli “Bəzi Rusiya biznes şirkətləri tərəfindən məlumatların açıqlanması və verilməsinin müvəqqəti proseduru haqqında” fərmanına dəyişiklikləri nəzərdə tutur.
İndi siyahıda “Surgutneftegaz” və “Novatek” tərəfindən idarə olunan “Yamal LNG” və “Arctic LNG 2” layihələri də yer alıb.
“Parlamentskaya qazeta”nın yazdığına görə, bu ilin martında Vladimir Putin “Qazprom”a, onun regional strukturlarına və “Mosenerqo”ya açıqlanacaq məlumatların tərkibini və həcmini müstəqil müəyyənləşdirmək imkanı verən fərman imzalayıb.
“AzPolitika.info”


Şərhlər