Menu

Əli Əsədov Neçirvan Bərzani ilə söhbət edib

12.11.2024, 11:47
Əli Əsədov Neçirvan Bərzani ilə söhbət edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirilib.

Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol