Menu

COP29-un açılış sessiyası çox yaxşı keçdi - ÜST baş direktoru

12.11.2024, 15:38
COP29-un açılış sessiyası çox yaxşı keçdi - ÜST baş direktoru

Bakıda keçirilən COP29-un açılış sessiyası çox yaxşı keçdi.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu konfrasda səhiyyə sahəsinə daha çox diqqət yetirilir, çünki iqlim böhranı həm də səhiyyə böhranıdır.

ÜST rəhbəri vurğulayıb ki, təhlillər pandemiyanın baş verməsinin insanlardan asılı olduğunu göstərir:"Əgər biz hazırlaşsaq, qarşısını almaq üçün hər şeyi etsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol