Menu

Radikal “cihadçılar” noyabrda 5 mindən çox insanı qətlə yetiriblər

12.12.2014, 00:23
Radikal “cihadçılar” noyabrda 5 mindən çox insanı qətlə yetiriblər

BBC və Londondakı Kral Kolleci noyabr ayı üçün bütün dünya üzrə radikal “cihadçıların” qətlə yetirdiyi mülki insanların sayı barədə birgə hesabat dərc ediblər. Musavat.com-un məlumatına görə, bu barədə “The Gardian” xəbər yayıb.

Hesabatda deyilir ki, noyabrda “cihadçıların” əlindən 5042 nəfər həlak olub. Onlardan 2206-ı İŞİD-in, 801-i “Boko Haram”ın, 720-si “Taliban”ın payına düşür. Ən çox öldürülənlər İraqdadır – 1770 nəfər. Sonra Nigeriya (786), Əfqanıstan (782) və Suriya (693) gəlir. Ancaq təhqiqat heç də tam gerçəyi ifadə eləmir.

“Baş verənlər hadisələrin bu cür inkişafını görə bilməyən Qərbin siyasətinin boşa çıxmasıdır”, - deyə məruzənin müəlliflərindən biri olan Piter Nyuman nəticələri analiz edərkən vurğulayıb.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol