15 yaşlı Riad Müftiyev qan xərçəngi (Leykemiya) xəstəliyindən əziyyət çəkir. Bir ildən artıqdır bu xəstəliklə mübarizə aparan Riadın vəziyyəti daha da ağırlaşıb. Onun yaşaması üçün sümük iliyi transplantasiyası tələb olunur. Övladını təkbaşına böyüdən ananın isə bunun üçün maddi imkanı yoxdur.
Bu səbəbdən də “AzPolitika”-ya müraciət edən Riad Müftiyevin anası Zümrüd Abdurzayeva imkanlı insanlardan, kömək etmək imkanı olan hər bir şəxsdən yardım istəyir:"Mən, Zümrüd Abdurzayeva qan xərçəngi (Leykemiya) xəstəsi olan uşağın anasıyam. İmkanı olan hər bir şəxsdən kömək istəyirəm. Mənim 15 yaşlı oğlum Müftiyev Riada kəskin Limfoblast Leykoz diaqnozu qoyulub. O, 26.04.2023-cü ildən bəri müalicə alır. Ötən ilin iyun ayında xəstəliyin residivi baş verdi. Biz ağır Residiv Protokoluna uyğun kimyəvi terapiyaya başladıq... Dərmanları üçün çoxlu pul tələb olunur. Bu pulu tapa bilmirəm. Mən tənha anayam, oğlumu təkbaşına böyüdürəm. Onun xəstəliyinə görə işləyə bilmirəm. Biz Riadla kirayədə yaşayırıq onun pensiyasının hesabına dolanırıq. Sizdən - yardım etmək imkanı olan hər bir şəxsdən xahiş edirəm, oğlumun həyatını xilas etməyə kömək edin!"
Hörmətlə, Zümrüd Abdurzayeva.
Əlaqə nömrəsi: 070 601 60 50
Kapital bank:4169 7388 3586 1547
ABB bank: 4127 2093 0055 0859"






Şərhlər
O nazirliklər xəstələrə yardım etməklə yox xalqın qanını içməklə məşğuldurlar. İmkanları olsa bütün pensionerləri yığıb güllələyərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə üçün belə ailələrə kömək etmir. Nazirliyin tərkibində bir komissiya yaradılmalı və belə ailələrin yardıma, köməyə ehtiyacları aktlaşdırılmalı və nəticə etibarı ilə müalicəyə vəsait ayrılmalıdır.