Menu

UEFA Millətlər Liqası: Qazaxıstan millisinin B Liqasını tərk edəcəyi dəqiqləşib

14.11.2024, 21:36
UEFA Millətlər Liqası: Qazaxıstan millisinin B Liqasını tərk edəcəyi dəqiqləşib

Qazaxıstan yığmasının UEFA Millətlər Liqasında B Liqasını tərk edəcəyi dəqiqləşib.

"Report" xəbər verir ki, V turda Avstriya ilə qarşılaşan Stanislav Çerçesovun rəhbərlik etdiyi seçmə 0:2 hesabı ilə məğlub olaraq C Liqasına yuvarlanıb.

Bu, millinin rusiyalı mütəxəssisin rəhbərliyi altında ardıcıl aldığı dördüncü məğlubiyyət olub.

Qeyd edək ki, Qazaxıstan B Liqasının üçüncü qrupunda 1 xalla sonuncu sırada qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol