AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.60 dollar azalaraq 1 barelə görə 59.35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.21 dollar ucuzlaşaraq 63.47 dollar olub.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 11-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 65,1 dollara satılıb. Bu, dekabrın 10-da qeydə alınmış qiymətdən 0,16 dollar çoxdur.

Şərhlər