Menu

Abxaziyada “prezident” Suximidən qaçıb - “Yalnız bu halda istefa verəcəm”

16.11.2024, 16:38
Abxaziyada “prezident” Suximidən qaçıb - “Yalnız bu halda istefa verəcəm”

Özünü müstəqil elan etmiş qondarma Abxaziya “respublikasının” rəhbəri Aslan Bjaniya müxalifətin istefa tələbindən sonra Suxumini tərk edib.

“AzPolitika” xatırladır ki, dünən, noyabrın 15-də istefa verməkdən açıq şəkildə imtina etdikdən sonra müxalifət Bjaniyaya ultimatum verərək düşünmək üçün bir saat vaxt tanıyıb.

Müxalifət liderlərindən biri Levan Mikaadeyib: "Əgər o, istefa verməsə, o zaman biz onun olduğu yerə gedəcəyimizi bilirsiniz".

Sonradan məlum oldu ki, Bjaniya şəhəri tərk edib. Onun mətbuat xidmətindən verilən məlumata görə, o, gecə saatlarında ailəsi ilə birlikdə Suxumidən 40 kilometr aralıda yerləşən Tamış kəndinə gəlib. Müxalifətin fikrincə, Bjaniyanın hazırda Rusiya hərbi hissəsinin ərazisində olması yüksək ehtimaldır.

"Əgər prezident səhər əlaqə saxlamasa, parlament onun impinçment məsələsini həll etməlidir",- deyə Mikaa vurğulayıb.

Tamış kəndində tərəfdarları ilə görüşdə Bjaniya müxalifətin etiraz aksiyası zamanı ələ keçirdiyi hökumət binalarını tərk etməsindən sonra istefaya getməyə hazır olduğunu bəyan edib.

Bjaniya əlavə edib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada "prezident" seçkisində öz namizədliyini irəli sürəcək.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-11-17 21:01:20

Rusyanın çöküşü başlayır , bu respublikaları pulla saxlayırdı ,pul qurtarır ,regionlar pul ala bilmir ,üzlərini çevirirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol