İşğalçı İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində ən azı 51 fələstinli qətlə yetirilib.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, təkcə Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Buric qaçqın düşərgəsinə endirilən aviazərbənin qurbanlarının sayı 10 nəfərə çatıb.
İşğalçılar Şati qaçqın düşərgəsindəki BMT-nin idarə etdiyi Əbu Assi məktəbinə də hücum edib.
Məktəb 40 gündən çox İsrailin mühasirəsində olan Beyt-Lahiya, Beyt-Hanun və Cəbəliyyə bölgələrindən qaçaraq didərgin düşmüş minlərlə fələstinlinin sığınacağına çevrilib.


Şərhlər