Menu

Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği artırılır

18.11.2024, 20:25
Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir.

Bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.

Qeyd edək ki, rəydə növbəti il üçün ölkədə ehtiyac meyarı 285 manat kimi götürülüb. Yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir.

Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində təsdiqlənib.

Şərhlər

Kasıb 2024-11-19 08:52:26

Pensiya heç olmasa 2 dəfə artmalıdır. İşsizlərə sosial yardım verilməlidir. 100-lərlə miyardlar talanıb. Geri alıb millətə yardım edilməlidir. Pis gündəyik. Əsəb dərd bizi məhv edir ay vicdansızlar

Vətəndaş 2024-11-18 13:11:15

Bu 285 manat hansı hesabla götürülüb?Burada kommunal xərclərin miqdarı,ehtimal edilən səhiyyə,nəqliyyat,məişət xərcləri.gün-bə-gün artan ərzaq qiymətləri,labüd olan geyinmə,xidmət xərcləri insanın qidalanma porsionu və digər gözlənilməz xərclər necə və hansı hesabla iqqətə alınıb7 Bunlar niyə açıqlanmır7 Axı 285 manata bu günkü qiymətlərlə insanın yaşaması mümkün deyil.Onda bəs bu 285 manat nədir və məqəd?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol