“Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2025-ci ilin Dövlət Büdcəsi layihəsi" birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə “2025-cü il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının” qeyd edilməsidir”.
"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputat qeyd edib ki, bu gün Milli Məclisdə keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istəyib və yaxın günlərdə rəsmi əsaslandırmanın təqdim olunmasını güman edir:
“Qeyd edim ki, palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilməkdədir.
Bu məsələ ilə bağlı mətbuat tərəfindən çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istədim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni, hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da qərarlar dövlət başçısı tərəfindən qəbul olunur. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz.
Milli Məclisdə keçirilən iclasda bildirdim ki, “minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”, - deyə V.Bayramov bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 280 manatdır.
***
"Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
"Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, - deyə nazir qeyd edib.//Qafqazinfo

Şərhlər
Milumdur ki,2025 ildə pensiyalara veriləcək artım 8% olacaqdır.Bu artım bütün pensiyəçilərə eyni olacaq. Melum olduğu kimi pensiyaların miqdarına göre bütün pensiyaçıları təqribən 3 əsas qrupa bölmək olar: az pensiye alanlar(280-350 m/ay),orta dərəcədə pensiyə alanlar (350-1000 m/ay) və nəhayət yüksək pensiyə alanlar( 2000-3500 m/ay və üzəri). Sosyal edaləti cəmiyyətdə və pensiyaçılar arasında bərpa etmək üçün dövlətin 2025-ci ildə pensiyə artımı üçün ayırdığı məbləği aşağıdakı % artımına görə bölünsün:-az pensiya alanlarda olan artım 25%, orta derəcəde pensiya alanlarda arim 12.5%, yüksək dərəcədə pensiya alanlarda artim 3 % olsun .
28o manat ?????
28o manat ?????
Bizim pulumuzu bizdən başqa hamıya verirlər. Nədənsə bizə vermək istəmirlər...
10- manat artım ? Bu da çoxdur ,əvəzində limitləri də qaldırın elə verdiyiniz həmin pulu əhaliyə vermədən silin
Bu günkü ərzaq,kommunal,xidmət qiymətiərinə qarşı 280 manatla yaşamaq olarmı? Bu 280 manat hansı ağılın.başın məhsuluur:?