Menu

"Kənd təsərrüfatına verilən subsidiyalar arzuolunan nəticə vermir" - Hesablama Palatası

18.11.2024, 14:29
"Kənd təsərrüfatına verilən subsidiyalar arzuolunan nəticə vermir" - Hesablama Palatası

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artmış, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

“APA-Economics”in xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

Şərhlər

Vaqif 2024-11-18 15:29:10

Əlbəttə nəticə verməyəcək.Baxın.subsuyalar kimlərə verilir. Əsl kənd təsəeeüfatı ilə doğru məşğul olam kənd əhalisi bu subsidiyalardan kənarda qalır.Bu sahə də digərlər kimi müəyyən adamlara unhusara verilib və subsiiyalar da onlara pay edilir.

B.Qarabağlı 2024-11-18 14:59:06

Hansı işimizdə hansısa məram, məqsəd, meyar və imtina etdiyimiz tarixi məsləhətli (Sovet sosialist) ölçüləri var? İlkin *Şəmkir Aqro*, bankir dəstəkli *Səba* və digərlərinə sonrakı hansı fermalar rəqib ola bilər, daxıli bazarda yer tutar, daha təbii-keyfiyyətli təravətli ucuz məhsulla idxaldan imtinaya şərait yaradar? Tam müstəqillik elə illər boyu gündəlik-fasiləsiz təminat-təchizat inkanından asılıdır!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol