Qəzzada soyqrım siyasəti həyata keçirən İsrail hökuməti HƏMAS-ın əlində olan girovların hər birinin azadlığı üçün 5 milyon dollar təklif edir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu işğal altında olan Qəzza zolağına səfəri zamanı deyib.
Minlərlə dinc fələstinlinin ölümündə ittiham olunan Netanyahu fələstinlilərə vətənlərini pula satmağı təklif edib: “Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Seçim sizindir, qərar verin, istənilən halda nəticə eyni olacaq: biz bütün girovları qaytaracağıq”.
“AzPolitika.info”


Şərhlər
Soyqrımçı İsrailin qətliamçı rəhbərliyi Fələstin mücahidlərini on illər boyudur pula boyun əydirə bilmirlər. Onlar şərəflərini, ləyaqətlərin və Vətənlərini bəziləri kim pula satan ləyaqətsiz insanlar deyil. Vətəni, xüsusən də Qüdsü və Qəzzanı müdafiə edərkən şəhid olmaq yer üzündə əvəzi olmayan ən böyük mükafatdır!