“Bütün istiqamətlərə vəsaitin ayrılması mümkün deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Ölkəmizin tarixində bu səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə növbəti il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi, 50% artım deməkdir. Bu, kifayət qədər qısa müddət ərzində təsirli addımdır. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Dünyanın ən varlı dövlətlərində də bu mümkün deyil. Ona görə çalışırıq ki, bütün istiqamətlərə imkan daxilində büdcə layihəsi təqdim edilsin.
İdmana da kifayət qədər vəsait ayrılıb. Növbəti ildə MDB-yə daxil olan dövlətlərin idman yarışları da keçiriləcək. Buna da xüsusi vəsait ayrılıb. Son illər ərzində idmana vəsait ayrılması baş verir. Dövlət bütün sahələri maliyyələşdirə bilməz”, - deyə S.Şərifov bildirib.


Şərhlər
Doğru,dövlət bütün sahələri maloyyələşdirə bilərdo,amma indiki yaxınlaşma ulə bilməz.Ancaq Səhiyyə və Təhsil mütləq maliyyələşməli və fşeıldaqçı və soyğunçu özəllər ləğv edilməlidir.Səhiyyənin indiki fəaliyyəti ölüm saylarının durmadan artmasına,əhali artımına bir başa əngələ çevrilib Bu sahələrdə ciddi dövlət nəzarəti və maloyyələşməsinə ehtiyac yüksək olaraq qalırBu sahəyə diqqət artırılmalıır...
Bizim ölkıdə insanlardan başqa hər şeyə qiymət verilir, məsəlın: daşa, divara, yola, lazımsız yarışlara, öz ölkəmizfə bəzi məktəblər tövləyə oxşayır, yox biz gərək xaricdə kilsə təmir edək, 30 ildi ölkə əhalisinin çoxu rəzalət içində yaşayır. Heyifki həqiqət belədir.