Menu

“TANAP Türkiyə üçün ən mühüm layihədir” - Səfir

12.12.2014, 12:17
“TANAP Türkiyə üçün ən mühüm layihədir” - Səfir

“TANAP layihəsi Türkiyə üçün ən mühüm layihədir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Onun sözlərinə görə, TANAP layihəsinin reallaşması çox önəmli bir haldır: “Bunun üçün işlər uğurla davam etdirilir. Türkiyə tərəfindən boru xətlərinin çəkilməsi işi artıq tamamlanıb”.

Səfir Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanın yeni layihə ilə bağlı verdiyi bəyanata münasibət bildirərək deyib ki, Türkiyə üçün TANAP yenə də qüvvədədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol