Menu

Bakı-Qazax yolunda avtobus qəzası: Ölən və yaralananlar var

12.12.2014, 13:15
Bakı-Qazax yolunda avtobus qəzası: Ölən və yaralananlar var

Bakı-Qazax-Gürcüstan magistral yolunda ağır yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində magistral yolun 352-ci kilometrliyində, Göygöl rayonu Hacıməlik kəndi ərazisində qeydə alınıb. “VAZ-21011” markalı avtomaşınla sərnişin daşıyan avtobus toqquşub.

Qəza zamanı bir azyaşlının öldüyü, bir necə nəfərin isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol