Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, müəyyən edilib ki, Məmmədov Qəhraman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.

Şərhlər
Əgər problemin kŏkůnů tapıb məhv edilməsə quru həbsin xeyri olmayacaq....
Möhtəşəm. Ümid edirik DTX bu çamadanın daşıyıcısından onun kimə aid olduğunu da çözəcəkdir. Bu sıradan bir çamadan deyil. Ona görə də məsələnin ciddi araşdırılıb, dövlətin xarici siyasət qrumunu xaricdə təmsil edən bu şəxsin dövlətə vurduğu mənəvi ziyan (maddi ziyan zatən ortada) tam anlamı ilə ortaya tökülməlidir.
AZERBAYCAN BIR DENE BELE REAL hebs etme emeliyyati keçirmeyib...DÖVLETIN ,MILLETIN MILYARDLARI ONUN BUNUN ÇAMADANINDA.......