Menu

Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ olub

26.11.2024, 00:17
Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ olub

Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. “Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də (Bakı vaxtı ilə saat 22:42-də) baş verib. Zəlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol