"20 Yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır.
Ticarət obyektlərinin aqibəti həm yerli sakinlər, həm də sahibkarlarda maraq doğurur. Kimi buranın açılacağını, kimi isə tamamilə fəaliyyətinin dayandırıldığını deyir.
Sahibkarlar söyləyirlər ki, onlara bu barədə heç bir məlumat verilmir.
"Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb", - deyə obyekt sahibi bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.
Bir sözlə, 3 aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.
Ətraflı Baku TV-nin süjetində:


Şərhlər
Ölkədə işsizlik probleminin xırda və ya iri ticarət məntəqələri hesabına jəllini üşünmək yamamilə yanlışdırBu problem yalnız iri sənaye müəssisələri gesabına həll edilə bikər..Bu həm importdan asılılığı azaldarölkəninnüfuzuna müsbət imic gətirər və dayanıqlı işlə təmin olunmanı təmin edər.əalinin başını alverlə qarmaq,onları intelektualıqdan uaqlaşdırmaq oyanlış düşüncəir.Millətin hamısını alverçu.fəhlə etmək xalqa qarşı mənfi haldır.