Menu

Ukrayna Rusiyaya verdiyi təyyarələrlə bombalanır – Kiyev niyə bu təyyarələri Moskvaya vermişdi?

27.11.2024, 11:40
Ukrayna Rusiyaya verdiyi təyyarələrlə bombalanır – Kiyev niyə bu təyyarələri Moskvaya vermişdi?

Rusiya 1999-cu ildə Ukraynanın qaz borcu qarşılığında ona təhvil verdiyi “Tu-160” strateji bombardmançı təyyarələrindən indi Kiyevə qarşı istifadə edir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, jurnalistlərin apardıqları araşdırmalar zamanı Rusiyaya 8 belə təyyarənin verildiyi, onlardan 6-sının hazırda Ukraynaya qarşı müharibədə istifadə edildiyini öyrəniblər.

Arxiv sənəldərinə görə, Valeri Pustovoitenkonun başçılıq etdiyi Ukrayna Nazirlər Kabineti ilə Vladimir Putinin başçılıq etdiyi Rusiya hökuməti arasında 1999-cu ildə Yaltada imzalanmış sazişdə Kiyev Moskvaya səkkiz “Tu-160” ağır bombardmançı və üç “Tu-95MS”, eləcə də 575 "Kh-55" qanadlı raket verib. Bunun üçün Rusiya Ukraynanın 275 milyon qrivna qaz borcunu silib.

Qeyd olunur ki, təyyarə və raketlərin ötürülməsi Ali Radanın razılığı olmadan baş tutub. 

Həmin vaxt Rusiyaya verilən təyyarə və raketlərin qiymətinin 10 dəfə aşağı göstərildiyi, Ukrayna Silahlı Qüvvələrində oğurluq və dövlətin müdafiə qabiliyyətinə xələl gətirmə faktları ilə bağlı məlumatların araşdırılması üzrə Müvəqqəti İstintaq Komissiyasının araşdırma apardığı bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol