Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 285 manat götürüləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.
2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat məbləğində proqnozlaşdırılır.
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat olub.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Şərhlər
30 tablet dərmanın qiyməti 42 manat,ərin kiloqramı 18-20 manat.yağın kilisu 22 manat,həkim qəbukunun ortalama 50 manat,bir avrobus gedişinin 50 qəpik ,kommunal xərclər. və s. olan ölkədə 285 manatla 30 gün necə yaşamaq olar? Bunu düşünən,hesablayan iqtisadiyyatı anlayan necə 285 manatı ortaya çıxarıb.?