Menu

Gülən yenə qarğış etdi: "Göbəkləri çatlasın"

12.12.2014, 14:40

fethullah-gulen_549053"Gülən camaatı"nın liderini od püskürüb

"Gülən camaatı"nın lideri kimi tanınan Fətullah Gülən yenə hökuməti qarğış yağışına tutub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, o bu gün yayılan söhbətində od püskürüb.

Ötən il keçirilən 17 dekabr böyük rüşvət əməliyyatının ildönümünə bir necə gün qalmış yeni əməliyyatın olacağı ilə bağlı məlumatlar yayılıb.

F.Gülən öz camaatının əməliyyatı "gözü dönmüş dinsizlərin təcavüzləri qarşısında ölümü gülərək qarşılayan Hz. Zəkariyyə kimi, Hz. Yahya, Hz. Məsih kimi gülərək" qarşılayacaqlarını deyib.

"Zalımın işini asanlaşdırmaq günahdır. Zorlasın, göbəkləri çatlasın, beyin qanamasından getsinlər. Bizim hər şeyimiz açıq, şəffafdır. Gizlinimiz yoxdur. İnsanların kölnündə sevgi mayalansın istəyirik".

F.Gülən heç bir peyğəmbərin öz ayağı ilə təslim olmadığını deyib.

Qeyd edək ki, bu F.Gülənin ilk qarğışı deyil. Belə ki, ötən ildə Türkiyədən qovulmuş vaiz Fətullah Gülənin lənət etməsi videoyazısı internetdə baxış sayına görə rekord vurub.

F.Gülən "Böyük rüşvət əməliyyatı" zamanı adını hallandıranlara qarşı əməlli-başlı qarğış etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol