Menu

"PAŞİNYANA SABAHA KİMİ VAXT VERİRİK!” - Tofiq Zülfüqarov

28.11.2024, 20:38
"PAŞİNYANA SABAHA KİMİ VAXT VERİRİK!” - Tofiq Zülfüqarov

“Paşinyana sual vermək lazımdır ki, ilin sonuna kimi Ermənistan konstitusiyanı dəyişdirə biləcəkmi?”

"AzPolitika" xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "teleqraf.com"-a müsahibəsində deyib.

O bildirib ki, Paşinyanın “ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər” açıqlaması siyasi spekulyasiyadır: “Paşinyana demək lazımdır ki, sabaha kimi konstitusiyanı dəyişdir! Niyə ilin axırını gözləyirsən? Ya da həftənin sonuna kimi… Bu onların daxili işidir. Gedib dəyişiklik etsinlər, sonra gəlsinlər. Bundan sonra Azərbaycan tərəfi bu və ya digər mövzulara baxa bilər.

Rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib. Mən də olsam, deyərdim ki, sabaha kimi sülh sazişini imzalamağa hazıram. Görək Ermənistan sabaha kimi konstitusiyasını dəyişdirə biləcəkmi? Getsinlər müstəqillik haqqında bəyanatı da dəyişdirsinlər. Sabaha kimi vaxt veririk!”

Şərhlər

Həsən 2024-11-28 18:09:02

Zülüqarov Paşinyana vaxt qoyur?...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol