Menu

Qazaxıstan valyutası da kəskin ucuzlaşıb – Təngə tarixi minimuma enib

28.11.2024, 11:13
Qazaxıstan valyutası da kəskin ucuzlaşıb – Təngə tarixi minimuma enib

Qazaxıstan Fond Birjasında keçirilən son hərraclarda ölkənin milli valyutası olan Qazaxıstan təngəsi 1 dollar üçün 510,25-ə kimi ucuzlaşaraq tarixi minimumunu göstərib.

“AzPolitika” “Reuters”-ə istinadla xəbər verir ki, Qazaxıstan Milli Bankı təngənin ucuzlaşmasının səbəblərini şərh etməyib.

Agentlik xatırladır ki, çərşənbə günü hərraclarında təngənin ABŞ dollarına nisbətdə orta məzənnəsi 1 dollar üçün 499,51 təşkil edirdi.

Qeyd edək ki, son günlər Rusiya rublu da kəskin ucuzlaşmağa başlayıb və 1 ABŞ dollarının dəyəri artıq 110 rublu keçib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol