Menu

Bayrağı endirən PKK-çıya 26 il həbs cəzası

12.12.2014, 15:07
Bayrağı endirən PKK-çıya 26 il həbs cəzası

Türkiyənin Diyarbəkir rayonunda hava qüvvələri komandanlığının ərazisində bayrağı endirən Ömər Mutlunun məhkəməsi olub.

Musavat.com-un məlumatna görə, 26 yaşlı Ömər Mutluya dövlət ittihamçısı 26 il həbs tələb edib. Ö. Mutlu bayrağı endirməsinin səbəbini belə açıqlayıb:

"Ramazan Baranın ölümündən çox sarsılmışdım. Əsəblərimə hakim ola bilməyib bayrağı endirdim".

Ö. Mutlu məhkəmədə üzüaçıq və bağlı şəkillərin ona aid olduğunu qeyd edib.

Qeyd edək ki, Diyarbəkirin Lice rayonunda PKK-nın yol kəsmə aksiyalarına polislərin müdaxiləsi zamanı çıxan qarşıdurmada Ramazan Baran ilə Baqi Akdemir adlı iki nəfər ölüb. Bundan sonra bir nəfər hava qüvvələləri komandanlığına girərək bayrağı endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol