Menu

Estoniyada NATO ölkələrinin iştirakı ilə təlimlər keçiriləcək

28.11.2024, 23:33
Estoniyada NATO ölkələrinin iştirakı ilə təlimlər keçiriləcək

Estoniyada NATO ölkələrinin iştirakı ilə təlimlər keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Manevrlər dekabrın 2-dən 15-dək əsasən ölkənin şimal və şimal-şərq bölgələrində həyata keçiriləcək.

Təlimlərdə Böyük Britaniya, Latviya, ABŞ, Fransa və Estoniyadan 2 minə yaxın hərbçi iştirak edəcək və onlar alyans qüvvələrinin münaqişə zonasına köçürülməsi mexanizmlərini hazırlayacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol