ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirib-etməyəcəyi ilə bağlı suallar qalmaqdadır.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu mövzuyla bağlı “Kyodo News”-a şərh verib.
Zelenski deyib ki, Tramp və komandası Ukraynanın mövqeyini, onu danışıqlar masasında “güclü mövqeyə” oturtmaq məqsədi daşıyan “qələbə planını” bilirlər: “Onlar planı öyrənirlər və biz onları eşidəcəyik. Lakin Ukrayna tərəfindən heç bir kapitulyasiya olmayacaq”.
Prezident deyib ki, o, Trampla “bəzi şeyləri daha təfərrüatlı şəkildə müzakirə etmək üçün” əlavə danışıqları gözləyir.
“AzPolitika.info”


Şərhlər