Dövlət Statistika Komitəsinə (DSK) yeni Aparat rəhbəri təyin edilib.
“AzPolitika” "modern.az"-a istinadən xəbər verir ki bu vəzifəyə Qasım Əliyev gətirilib.
Q. Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib. 2016-cı ildən Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, DSK-nın sabiq Aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.



Şərhlər
Deməli mətbuata verilən statistik yalanlari ( bu faiz inflyasiya,bu qədər əmək haqqı və sair əsassız rəqəmləri ) rəqəmləri bu adam verirmiş.deməli Azərbaycanda yalan danışan.yazan yüksəldilir?Əcəb iarəçilikdir.
Təbrik edirəm !