Menu

Litva Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır

03.12.2024, 14:44
Litva Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır

Litva Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nausedanın baş müşaviri Asta Skaysqirit bildirib.

“Belə bir ehtiyac olarsa, Litva təbii ki, sığınacaq verə bilər, lakin hazırda Prezident Zurabişvili öz xalqı ilə Tbilisidə qalacağını çox açıq şəkildə bəyan edib”, - baş müşavir bildirib.

Qeyd edək ki, Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti bu ay başa çatıb.

Şərhlər

B.Qarabağlı 2024-12-03 16:01:22

Qanuni prezident S.Zurabişvilinin vətəndaşları qarşısında ən azı iki vəzifə borcu qalıb? Parlamentlə prezident seçkisini təyin etmək və keçirmək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol