Menu

“Bütün regionların gəliri Bakının illik gəlirindən 10 dəfə azdır” - “Bu, dəhşətli mənzərədir”

03.12.2024, 20:38
“Bütün regionların gəliri Bakının illik gəlirindən 10 dəfə azdır” - “Bu, dəhşətli mənzərədir”

Azərbaycanda regionların iqtisadi inkişafı ilə bağlı hər nə qədər şüarlar səsləndirilsə də, reallıqda vəziyyət xeyli fərqlidir.

“AzPolitika” xəbər verir ki, ReAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edib:

“2025-ci ilin dövlət büdcəsi layihəsi, maddə 9: Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 15 500 000 000,0 manat proqnozlaşdırılır.

Sizcə, Bakı şəhəri üzrə gəlir nə qədər proqnozlaşdırılır?! Bu məbləğın 14,1 mlrd. manatı paytaxtın payına düşür – dəhşətli mənzərədir. Yəni, bir tək Bakı şəhəri 14,1 mlrd manat, ölkənin paytaxt xaric tamamı 1,4 mlrd. manat – ağlamalı durumdur. Regionların İqtisadi İnkişafı proqramları fiaskoya uğrayib. Xatırlayırsınızsa, cəmi bir neçə ay əvvəl Mikayıl müəllim demişdi ki, son 20 ildə regionlara 105 mlrd. manat (təqribən, 120 mlrd. dollar) investisiya qoyulub, yatırım edilib – nəticədə isə bütün regionların gəliri Bakının illik gəlirindən 10 dəfə (!!!) azdır.

Sonra da məmurlar ağıllı sifət alıb deyirlər ki, Bakı yüklənib, sıxlıq, tıxaclar var, camaat regionlardan Bakıya axır. Axacaq da, bütün iqtisadi, mədəni, sosial fürsətləri Bakıya cəmləyəndə, regionlarda İcrabaşlar özlərini ağa kimi aparanda, bələdiyyələrin səlahiyyəti olmayanda başqa nə mənzərə yaranmalı idi ki?!”

“AzPolitika.info”

Şərhlər

Abdalhəmid Hesabdari 2024-12-04 09:46:14

Dövlətimiz şərəflə 20 ildə qazandığı üç yüz mlrd ABŞ dollar sərmayə=kapitalın əsas hissəsini də regionlara şaxələndirib ki, strateji ərzaq və digər zəruri tələbatlar üzrə də olsa nəhayət ki, müstəqil özəl təminatına-təchizatına keçə bilsin?

ƏNHU 2024-12-04 01:55:36

Qarşı tərəfdə özünə və səlahiyyətinə güvənən, Natiq Cəfərlidən "qorxmayan" bircə nəfər iqtisadçı varsa buyursun meydana və deyilənləri təkzib etsin. Gözünə döndüyüm Natiq faktı ortaya qoymaqla özündə cəsarət tapmış həmin o maymaq məxluqun iki gözünü basıb bir deşikdən çıxarmazmı? VALLAH da çıxarar, BİLLAH da.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol