Menu

Bakıda "fişəng əməliyyatı"

12.12.2014, 17:42
Bakıda "fişəng əməliyyatı"

Əməliyyat Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib

Bakı sakinindən külli miqdarda pirotexniki məmulatlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimat Hüseynovdan 22280 ədəd pirotexniki məmulatlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol