Menu

Aptekdəki dərmanlar barədə istehlakçıya məlumat verməyən satıcılar 200 manatadək cərimələnəcək

04.12.2024, 18:26
Aptekdəki dərmanlar barədə istehlakçıya məlumat verməyən satıcılar 200 manatadək cərimələnəcək

Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə cərimə müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 452.2-1-ci maddədə əksini tapıb.

Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol