Menu

Azərbaycanda səhmdarların yığıncağını elektron qaydada keçirmək mümkün olub

04.12.2024, 19:13
Azərbaycanda səhmdarların yığıncağını elektron qaydada keçirmək mümkün olub

Milli Depozit Mərkəzi (MDM) Azərbaycanda ilk dəfə səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin səs verməsi üçün elektron sistemi (E-vote) istifadəyə velib.

"Report" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, yığıncağın tarixi, yeri və gündəliyi ilə tanışlıq qaydasına dair məlumatlar Mərkəzin yaratdığı İnvestor Portalında (https://invp.e-mdm.gov.az/) elektron formada yerləşdirilib. Səhmdarlar şəxsi kabinetlərinə daxil olaraq bu məlumatlara tanış ola, elektron səsvermə imkanından istifadə edə bilər.

Yeni xidmət yığıncaqların məsafədən təşkil edilməsinə, bildirişlərin və gündəlikdəki məsələlərlə bağlı məlumatların vaxtında səhmdarlara çatdırılmasına imkan verir. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə hüquqlarını qoruya, elektron səsvermədə iştirak edə bilər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi, səhmdar hüquqlarının qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"E-vote" MDM-in “2024-2026-cı illər üzrə inkişaf Strategiyası”na uyğun olaraq yaradılıb.

Şərhlər

Səhmdar 2024-12-04 21:08:37

2010-cu ildəYevlax Tikinti Servis ASC-nin və 2009-cu ildə isəDəvəçi Yeyinti İstehsal ASC-nin üzvüyəm. Uzun müddət keçməsinə baxmayaraq bir dəfədə olsa Ümumi İclasın çağrılmasına dair Bildiriş göndərməyiblər. Dəfələrlə aidiyyatı üzrə müraciət etməyimə baxmayaraq qanunsuz, təhrif olunmuş cavab verməklə öz vəzifələrini yerinə yetirmiş hesab etmişlər. Adları qeyd olunan Səhmdar Cəmiyyətlər haqqında qanuni tədbirlər göərülsün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol