Menu

Gürcüstanda müxalifət liderlərindən biri hücuma görə həbs edilib

05.12.2024, 00:47
Gürcüstanda müxalifət liderlərindən biri hücuma görə həbs edilib

Tbilisidə müxalif “Vətəndaşlar” partiyasının rəhbəri Aleko Elisaşvili Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə hücum edib döydüyünə görə həbs edilib.

"Report"un məlumatına görə, bu barədə yerli "İmedi" telekanalı məlumat yayıb.

Vurğulanıb ki, Babayev aptekdə olarkən siyasi şüarlar səsləndirən A. Elisaşvili ona hücum edib. Telekanal qeyd edib ki, hücum nəticəsində sonuncu xəstəxanaya yerləşdirilməli olsa da, sonradan evə buraxılıb.

Müxalifətçinin insanlara hücumu ilk dəfə deyil. Bundan əvvəl o, parlamentdə çıxışı zamanı “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze ilə dava edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol