Menu

“BU REJİM ÖLÜB...” – "İranlılar və ruslar rejimi dirçəltməyə çalışıblar, amma..." (Yenilənib)

06.12.2024, 14:55
“BU REJİM ÖLÜB...” – "İranlılar və ruslar rejimi dirçəltməyə çalışıblar, amma..." (Yenilənib)

“Suriya tək bir liderin özbaşına qərarlar verdiyi hökumətə layiq deyil”

Bir neçə gün əvvəl Hələbdə Rusiya aviasiyasının zərbələri nəticəsində həlak olduğu iddia edilən Suriyanın müxalif “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin sağ olduğu üzə çıxıb.

“AzPolitika” xəbər verir ki, “CNN”-ə müsahibə verən Əl-Culani üsyançıların əsas məqsədinin “Bəşər Əsəd rejimini devirmək” olduğunu deyib.

Bir neçə il əvvəl ABŞ tərəfindən “başına 10 milyon dollar qiymət qoyulan” Əl-Culani, eyni zamanda, bu məqsədə çatmaq üçün “bütün imkanlardan istifadə etmək” niyyətində olduğunu vurğulayıb: “Rejimin məğlubiyyətinin toxumları həmişə onun daxilində olub... İranlılar rejimi dirçəltməyə çalışıblar, vaxt qazanıblar. Sonralar ruslar da onu dəstəkləməyə çalışdılar. Amma həqiqət həqiqət olaraq qalır: bu rejim ölüb”.

O, müsahibəsində rejimi qüvvələrini necə məğlub etdiklərini, bundan sonra nələrin baş verə biləcəyini və hədəflərinin nə olduğunu açıqlayıb.

Əbu Məhəmməd Əl-Culani qeyd edib ki, ələ keçirilən bölgələrdə xalqın seçdiyi bir şura ilə idarəetmə qurulacaq: “Vətəndaş müharibəsində müsəlmanlarla yanaşı, xristianlar və digər milli azlıqlar da zülmə məruz qalıblar. Bizim idarəçiliyimizdə bunlar baş verməyəcək. Suriya tək bir liderin özbaşına qərarlar verdiyi hökumətə layiq deyil. Qurumlara əsaslanan hökumət və xalq tərəfindən seçilən bir şura formaldaşıdracağıq. Fərqli məzhəblərə və dinlərə qulluq edən insanlar bu bölgədə yüz illərdir bir yerdə yaşayırlar. Heç kimin onları oradan uzaqlaşdırmağa haqqı yoxdur”.

HTŞ lideri Əsəd rejiminin tamamilə devrilməsindən sonra Suriyada xarici qüvvələrə ehtiyac qalmayacağını vurğulayıb.

Qeyd edək ki, HTŞ Əsəd rejiminə qarşı başlatdığı qiyamın ardından bir çox kritik şəhər nəzarət altına alıb. Həma şəhər mərkəzinə nəzarəti ələ keçirən müxalif qruplaşma hazırda Homs vilayətinə doğru irəliləyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol