Menu

"Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb" - MİDA

06.12.2024, 14:08
"Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb" - MİDA

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Sumqayıt və Lənkəranda yaşayış komplekslərində mənzillərin satış prosesi uğurla başa çatıb. Mənzillər qısa müddətdə vətəndaşlar tərəfindən uğurla seçilib.

"APA-Economics" xəbər verir ki, bunu MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov deyib.

"Əvvəlki satışlarda olduğu kimi, bu satışda da MİDA tərəfindən müvafiq təhlükəsizlik tədbirləri tətbiq edilib. Bunun əsas məqsədi, mənzil seçiminin müxtəlif proqram təminatları vasitəsilə müdaxilə edilməsinin qarşısının alınmasıdır", - Cəmşid Əmirov qeyd edib.

O bildirib ki, mənzil seçimi prosesi zamanı hər hansı müdaxilələrin qarşısı alınıb.

Şərhlər

Şəkili 2024-12-06 15:05:06

Qəza vəziyyətində olan sakinlərə ev tikilib, Şəkinin Dağ dibi adlanan ərazisində. Bu binadan Şəkidən təyin olunan deputatı Vüqar İsgəndərova ev verilib,III məgrtəbəfə, gələndə orda yaşayır. Müdaxilə olunmur, bəs Vüqara nə üçün ev verilib, evi var onun, Nə üçün Şəhid ailəsinə ev verilmir, Vüqara veürilir !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol