Menu

Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 % artıb

07.12.2024, 13:42
Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 41 ölkədən 3 milyon 230 min 224 nəfər səfər edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və800 min 965nəfər (32,9 %) çoxdur.

11ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 890 min 855 nəfər. Bu da 1 il əvvələ nisbətən 28,4 % artım deməkdir.

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 798 min 492 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,6 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 411 min 812 sərnişinlə (+47,5 %) daxil olub.

Siyahıda daha sonra Gürcüstan 209 min 936 sərnişin (+31,9 %), Səudiyyə Ərəbistanı 107 min 703sərnişin (+8,3 %), Qazaxıstan 99 min 957 sərnişin (+27,2 %), Hindistan 98 min 323 sərnişin (+3,8 dəfə), İtaliya 57 min 197 sərnişin (+89,5 %), Qətər 53 min 386 sərnişin (+77,6 %), Özbəkistan 52 min 453 sərnişin (-16,4%) qərarlaşıb.

İlk onluğa Hindistan, İtaliya və Qətərin daxil olması ilə Küveyt (44 min 658 sərnişin, +15,6 %) İsrail (42 min 125 sərnişin, +11,1 %), və Almaniya (40 min 763 sərnişin, +29,8 %) TOP-10-dan çıxıb.

Təkcə noyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 279 min 405 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 28,5 % çoxdur.

O cümlədən, ötən ay Rusiyadan 68 min 767 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 13,6 % çoxdur.

Şərhlər

sadiq 2024-12-07 17:35:06

quru sərhədlər 4-5 ildir ki bağlıdır. onun üçün də ancaq hava nəqliyyatından məcburi olaraq istifadə olunur.

RAMO 2024-12-07 16:59:07

Sizcə???

Vəli 2024-12-07 14:53:05

Bütün yolları bağlayıb tək hava yolunu saxlayandan sonra 33 faizi uğur sanırsınız. Azı 500 faiz artmalı idi 33 yox.

Mişa 2024-12-07 14:01:24

)))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol