Menu

29 XÜSUSİ TƏYİNATLIMIZ TÜRKİYƏDƏ MƏZUN OLDU - FOTOLAR

07.12.2024, 22:36
29 XÜSUSİ TƏYİNATLIMIZ TÜRKİYƏDƏ MƏZUN OLDU - FOTOLAR

Türkiyədə Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Qaynarinfo xəbər verir ki, Orhan Saka İdman Salonunda təşkil edilən tədbir ehtiram duruşu, Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.

Mərasimdə, 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb. Təlim kursunu uğurla tamamlayan 10 məzuna protokol üzvləri tərəfindən xüsusi nişanlar taxılıb və sertifikatlar təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol