Mustafa Cəmiloğlu Putinin Krım haqda sözlərinə lağ etdi
Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiya üçün müqəddəs yer olması haqda dediyi sözlərə sərt münasibət bildirib.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, Putinin fikrini absurd adlandırıb.
“Krımda Knyaz Vladimir xaç çəkib deyə,.. axı o, Kiyev Knyaz Vladimiri olub. Əgər kimsə, nə vaxtsa bizim torpaqlarımızda xaç çeviribsə və ya başqa nəsə edibsə, buna əsaslanıb nəsə söyləmək doğrumu? Ona qalsa, Moskva da Krım tatarları üçün müqəddəs yerdir, çünki 1571-ci ildə Dövlət Geray şəhəri tutandan sonra başqalarına xəbərdarlıq kimi öz qamçısını orada asmışdı. Biz ki, müqəddəs yer kimi Moskvaya iddia eləmirik”, - deyə Cəmiloğlu Putinə haqlı irad bildirib.
Onun sözlərinə görə, Rusiyanın siyasətində güclü primitivlik hökm sürür.
“Ancaq bu, daxili istifadə üçündür, xaricdə isə buna gülürlər” - deyə o, əlavə edib.


Şərhlər