Suriya Prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib.
APA xəbər verir ki, bu barədə dekabrın 8-də Suriya Ordusundakı mənbələrə istinadən “Reuters“ agentliyi məlumat yayıb.
“Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, - məlumatda deyilir.
Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali isə ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.
Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
Məlumata görə, ölkənin Baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

Qeyd edək ki, Suriya ordusunun bölmələri silahlıların irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.
Məlumata görə, silahlılar şəhərin mərkəzində bir neçə dövlət obyektinə, o cümlədən Suriya dövlət televiziyasının binasına nəzarət edib.
Bu, faktiki olaraq Əsəd rejiminin devrilməsi deməkdir.

Şərhlər
Tarixən belə olub. Bir axmaq hansı yollasa təmsil olnduğu devletin başına keçər, sonra onu talayıb, sorub soğana çevirər. Sonra da başı gicəllənər, müştəhbehliyindən və yekəxanalığından xalqa arxa çevirib, onu ölümə və səfalətə məhkum edib, sonda da bax beləcə öz sonunu gətirər. Bundan sonra xalq və dünya oturub onun varidatının siyahısını tutar. O var ki, nə Bəşərin atasına, nə İranın sonuncu şahına, nə Səddama, nə də Qaddafıya qalmadı (nə bədbəxt ki, hamısı da müsəlman ölkələridir) . Demək ki, Əsədə də qalmayacaq. Sağ qalsa da belə. Nə yazıq ki, geridə qalan Suriya kimi devlətlərin başında duranlar, gözü çıxan qardaşlarından heç bir zaman dərs almadılar..
ALLAH SƏNƏ ŞÜKR OLSUN ALLAH! ALLAH SƏNƏ ŞÜKR OLSUN ALLAH! ALLAH SƏNƏ ŞÜKR OLSUN ALLAH!