Menu

Suriya Milli Ordusu Mənbici PKK/YPG-nin işğalından qurtardı - VİDEO

08.12.2024, 14:59
Suriya Milli Ordusu Mənbici PKK/YPG-nin işğalından qurtardı - VİDEO

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələb mühafəzəsində PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanlın məlumatına görə, Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad etdiyini açıqlayıb.

Bir qədər əvvəl isə SMO Mənbicin şəhər mərkəzinə daxl olub. 

Məlumata görə, SMO Mənbicin 80 %-ni nəzarətə alınıb.

“Mənbicdə PKK/YPG-nin nəzarətindən alınması üçün həm havadan, həm də qurudan müdaxilələr davam etdirilir. Bütün bölgə təşkilat ünsürlərindən təmizlənir”, – telekanal vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol