Menu

Bosniya serblərinin lideri xəstəxanaya yerləşdirilib

08.12.2024, 23:47
Bosniya serblərinin lideri xəstəxanaya yerləşdirilib

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də günorta saatlarında o, Belqradda müayinə olunub, daha sonra ilkin diaqnoza əsasən, qida borusu və mədəsində cərrahiyyə əməliyyatı nəzərdə tutulub.

Digər təfərrüatlar hələ açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol