Menu

Yağıntılı hava şəraiti günün ikinci yarısınadək davam edəcək

09.12.2024, 09:08
Yağıntılı hava şəraiti günün ikinci yarısınadək davam edəcək

Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.

Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol