Dövlət Gömrük Komitəsi (DGK) sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevə və Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Qüdrət Abdullayevə ağır itki üz verib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onların atası Həsən Abdullayev vəfat edib.
H.Abdullayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.
Allah rəhmət eləsin!
Xatırladaq ki, Ə.Abdullayev 1996–2006-cı illərdə DGK-də idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi, 2006-2022-ci illərdə isə DGK sədrinin müavini vəzifələrində işləyib. Q.Abdullayev də daha əvvəl DGK-də Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb. O, hazırda FHN-in Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışır.


Şərhlər
Allah rəhmət etsin.Görün Azərbaycanda generallar necə yetişdirilib vəzifələrə oturdulurlar.Sadə xalq kənardan baxır.Guya saə xalq içərisində bunlardan bacarıqlısı yoxdur?Ölkə bu cür iarə olunduğundan anarxiya baş alıb gedir.